Lukaşenko: Belarus döyüşmək istəmir, amma müharibəyə hazırlaşır

2 Aprel 2024 15:08 (UTC+04:00)

Belarus döyüşmək istəmir, amma müharibəyə hazırlaşır.

Bu barədə ölkə prezidenti Aleksandr Lukaşenko məlumat verib.

“Bizim döyüşmək istəmirik amma biz müharibəyə hazırlaşırıq, mən bu barədə açıq deyirəm. "Sülh istəyirsənsə, müharibəyə hazırlaş" - mən bunu düşünmədən deyə bilərəm. Bu, çox düzgün deyilib”, -deyə Lukaşenko qeyd edib.

Lukaşenko qeyd edib ki, ölkədə bölmələr hazırlanır, silahlı qüvvələrə müxtəlif növ silah və texnika verilir. Eyni zamanda o, bəyan edib ki, əgər dost olmayan ölkələr Belarusu tənqid edirsə, bu, o deməkdir ki, ölkə hər şeyi düzgün edir.

Mövsüm

Aznews.az