Qazaxıstanda daşqın: 1500 evi su basıb

2 Aprel 2024 18:44 (UTC+04:00)

Qazaxıstanın 5 vilayətində şiddətli yağışlı qışdan sonra temperaturun artması səbəbindən qarın qəfil əriməsi nəticəsində yaranan daşqınlarla mübarizə davam edir.

Qazaxıstan Baş Nazirliyindən verilən açıqlamaya görə, Baş nazir Oljas Bektenovun başçılıq etdiyi kabinet daşqın gündəmi ilə görüşüb.

Havalar isindikcə ölkənin qərb, şimal, mərkəzi və şərq bölgələrində yeni daşqın dalğası gözlədiklərini ifadə edən Bektenov əlavə edib: “Qış aylarında güclü qar yağması və buzlanma kimi hallar, istilərin tez gəlməsinə səbəb olub".

Qar sularının kəndlərə yayılması nəticəsində 1500-ə yaxın evin su altında qaldığını deyən Bektenov bəzi rayonlarda nəqliyyat infrastrukturunun da zədələndiyini qeyd edib.

Mövsüm

Aznews.az