Bakıda yol qəzası olub, xəsarət alan var

3 Aprel 2024 09:09 (UTC+04:00)

Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1994-cü il təvəllüdlü Əliyeva Aynurə Qoşqar qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona burun sümüklərinin sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.