Gürcüstanın hakim partiyası xarici agentlərlə bağlı qanun layihəsini yenidən parlamentə təqdim edəcək

3 Aprel 2024 14:03 (UTC+04:00)

Hakim “Gürcü Arzusu” partiyası ötən ilin martında kütləvi etirazlar səbəbindən parlamentdən geri götürülmüş xarici agentlərlə bağlı qanun layihəsini yenidən parlamentə təqdim etməyi planlaşdırır.

Bu barədə partiyanın icraçı katibi Mamuka Mdinaradze keçirdiyi brifinqdə məlumat verib.

O bildirib ki, parlament çoxluğu partiyanın siyasi şurası ilə məsləhətləşdikdən sonra xarici təsirin şəffaflığı haqqında qanun layihəsini yenidən parlamentə təqdim etmək qərarına gəlib.

“Xatırladıram ki, qanun layihəsinin yeganə tələbi - xaricdən maliyyə alan təşkilatlar tərəfindən illik maliyyə hesabatının dərc edilməsini nəzərdə tutur, bunun pozulmasına görə yalnız maliyyə sanksiyaları nəzərdə tutulur. Bu, cəmiyyət qarşısında hesabatlılığın və şəffaflığın minimum standartıdır”, - deyə, Mdinaradze qeyd edib.

Mövsüm

Aznews.az