Hafiz Hacıyev prezidentliyə namizəd oldu

12 Avqust 2013 14:47 (UTC+04:00)
"BAXCP tərəfindən qurumun sədri Qüdrət Həsənquliyevin, Müasir Müsavat Partiyası tərəfindən isə təşkilatın rəhbəri Hafiz Hacıyevin namizədliyinin təsdiqlənməsi ilə bağlı sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim olunub".

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında komissiyanın sədri Məzahir Pənahov deyib.

M.Pənahov seçkilərdə müşahidəçilik missiyası ilə də bağlı danışıb. O bildirib ki, müşahidə üçün müraciət edənlərə rədd cavab vermək niyyətində deyilik: "Beynəlxalq müşahidəçilərin müraciətləri daxil olduqca ümumi sayı barədə məlumat verəcəyik".

O, məsələ ilə bağlı MSK-nın hüquq məsələləri üzrə şöbəsinə əlavə tapşırıqlar verib.

AzNews.az