Baş prokuror: Xəzər dənizi ətraf dövlətlərin ortaq dəyəridir

4 Aprel 2024 10:31 (UTC+04:00)

Xəzər dənizi bizim dövlətlərin ortaq dəyəridir, tarixən xalqlarımızın inkişafında öz rolunu oynayıb.

Bunu Baş prokuror Kamran Əliyev Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının rəhbər vəzifəli şəxslərinin "Xəzər Dənizinin Akvatoriyasında Ekoloji Hüquqpozmalar: Dəniz Mühitinin Qorunması üçün Prokurorluq Orqanlarının Strategiyaları" mövzusunda beştərəfli görüşü zamanı deyib.

O bildirib ki, Xəzərin təbiətinin mühafizəsi və biomüxtəlifliyin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi Xəzəryanı dövlətlərin mənəvi borcumuzdur: "Əminəm ki, bu gün aparılacaq qarşılıqlı müzakirələr regionumuzda ətraf mühitin mühafizəsi, ələlxüsus da cinayətkarlığa qarşı mübarizə tədbirlərinin gücləndirilməsi baxımından faydalı olacaq, bu sahədə gələcək əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək".