Prezident: Azərbaycan COP29-a çox ciddi hazırlaşır

4 Aprel 2024 15:54 (UTC+04:00)

Prezident İlham Əliyev Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonu COP29 tədbirində iştiraka dəvət edib.

Bu barədə Prezident İlham Əliyev konqolu həmkarı ilə mətbuata bəyanatında bildirib.

Dövlət başçısı qeyd edib: “Azərbaycan COP29-un prezidenti kimi bu tədbirə çox ciddi hazırlaşır və burada Konqo ilə ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq etmək hesab edirəm ki, məqsədəmüvafiq ola bilər”.