“Günəşli” yatağındakı quyulardan biri istismara verildi

12 Avqust 2013 19:32 (UTC+04:00)
Bu günlərdə ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik "Günəşli" yatağındakı 4-cü özüldən 131 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

AzNews.az-ın SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, quyu Fasilə Lay Dəstəsindən 3270-3195 metr intervaldan sutkalıq 35 ton neft və təxminən 10000 kubmetr qaz hasilatı ilə işləyir.

Qeyd edək ki, quyudan indiyədək 1 milyon 816 min ton neft, 276 milyon kubmetr qaz hasil edilib. Təmir işləri "28 May" adına NQÇİ-nin Quyuların Əsaslı və Yeraltı Təmiri Sexi tərəfindən həyata keçirilib.

AzNews.az