MSK sədri istefa verdi

12 Avqust 2013 15:16 (UTC+04:00)
Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Zurab Xaratişvili gözlənilmədən istefa verib.

Lent.az-ın Gürcüstan mətbuatına istindən verdiyi məlumata görə, MSK-nın katibi Qizo Mçedlidze deyib ki, Zurab Xaratişvili artıq bununla bağlı parlamentə müraciət edib.

O, Zurab Xaratişvilinin istefa ərizəsini bu gün yazdığını söyləyib.

Qeyd edək ki, oktyabrın 27-də Gürcüstanda prezident seçkiləri keçiriləcək və artıq prezident seçkiləri kampaniyası başlayıb.

AzNews.az