Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödəniləcəyi gün açıqlanıb

6 Aprel 2024 10:23 (UTC+04:00)

Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyalar aprelin 9-da ödəniləcək.

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.