Azərbaycan gimnastı Avropa çempionatında gümüş medala sahib olub

7 Aprel 2024 22:16 (UTC+04:00)

Tamblinq üzrə Azərbaycan milli komandasının üzvü Tofiq Əliyev Portuqaliyanın Qimarayeş şəhərində keçirilən batut gimnastikası, ikili-mini batut və tamblinq üzrə Avropa çempionatında gümüş medal qazanıb.

Aznews.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.