Paytaxtda “Mercedes“ yandı

12 Avqust 2013 16:17 (UTC+04:00)
Bu gün Bakı şəhərinin Yasamal rayonunda avtomobil yanıb.

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissələri yanğından mühafizə olunub.

Yanğın saat 12:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az