Almaniya Ukraynaya daha 20 Marder piyada döyüş maşını tədarük edəcək

9 Aprel 2024 16:29 (UTC+04:00)

Almaniyanın müdafiə konserni "Rheinmetall" Almaniya hökumətindən Ukraynaya daha 20 Marder piyada döyüş maşını (IFV) tədarük etmək əmri alıb.

Bu barədə şirkətin saytında məlumat verilib .

“Rheinmetall şirkəti Ukraynaya daha 20 Marder zirehli transportyoru tədarük etmək üçün Almaniya hökumətindən müqavilə alıb. Müqavilə 2024-cü ilin martında bağlanıb”, - deyə press-relizdə bildirilir.

Müqavilənin dəqiq dəyəri mətndə göstərilmir. Piyada döyüş maşınlarının yeni partiyasının çatdırılması 2024-cü ilə planlaşdırılır.

Mövsüm

Aznews.az