Prezident Bum qəsəbəsində tam orta məktəbin yeni binasının açılışında iştirak edib

9 Aprel 2024 18:09 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Qəbələ rayonunda 624 şagird yerlik Təbriz Yaqubov adına Bum qəsəbə tam orta məktəbinin yeni binasının açılışında iştirak edib.

Aznews.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.