İtaliyada bəndin partlaması nəticəsində 6 nəfər itkin düşüb

9 Aprel 2024 21:00 (UTC+04:00)

İtaliyanın şimalında, Emiliya-Romanya bölgəsində, Suviana su anbarının bəndində partlayış baş verib, 6 nəfər itkin düşüb.

Bu barədə yerli “Resto del Carlino” nəşri məlumat yayıb.

İtaliya baş nazirinin müavini Antonio Tajani jurnalistlərə açıqlamasında "Təəssüf ki, Emilia-Romagna'dan pis xəbər gəldi, biz vəziyyətin inkişafını ehtiyatla izləyirik, yaxınlarının taleyindən narahat olan bütün ailələrlə həmrəyik" dedi.

Mövsüm

Aznews.az