Rusiya səfirliyi Azərbaycan xalqını bayram münasibətilə təbrik edib

9 Aprel 2024 23:04 (UTC+04:00)

Rusiyanın Azərbaycandakı səfirliyi Ramazan bayramı ilə bağlı paylaşım edib.

Aznews.az xəbər verir ki, paylaşımda deyilir:

"Azərbaycanlı dostlarımızı Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirik. Bu mübarək və sevincli bayramda sizə möhkəm cansağlığı, firavanlıq, uğurlar, tükənməz nikbinlik arzulayırıq. Qoy Uca Allah hər evə bərəkət, harmoniya, əmin-amanlıq gətirsin və ən əziz arzularınızı həyata keçirsin”.