Ermənistanın baş naziri: Dörd kəndin Azərbaycana qaytarılmasına qarşı deyilik

10 Aprel 2024 11:30 (UTC+04:00)

Ermənistan Qazaxın 4 kəndinin Azərbaycana qaytarılmasına qarşı deyil.

“Report” “Aysor”a istinadən xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan parlamentin iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Ermənistan delimitasiya prosesinə Tavuş vilayətindən və 4 kənddən başlamağa hazırdır: “Delimitasiya və demarkasiya təhlükəsizliyi təmin etməyəcək. Lakin bu proses olmasa, təhlükəsizlik təhdidləri getdikcə artacaq”.