Ceyhun Bayramov Belarusa səfər edib

11 Aprel 2024 12:05 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfərə yola düşüb.

Bu barədə Aznews.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 12 aprel tarixində Minsk şəhərində baş tutacaq MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxışı, habelə bir sıra ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.