Tanınmış teleaparıcı vəfat etdi

13 Avqust 2013 07:00 (UTC+04:00)
"V mire jivotnıx" ("Heyvanlar aləmində") verilişinin aparıcı, jurnalist və səyyah Vasiliy Peskov 84 yaşında vəfat edib. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu haqda "Komsomolskaya pravda"ya mərhumun nəvəsi xəbər verib.

Qeyd edək ki, V.Peskov 1975-ci ildən 1990-cı ilədək SSRİ teleməkanında populyar olan "V mire jivotnıx" verilişinin aparıcısı olub. O həm də "Komsomolskaya pravda" qəzetinin şərhçisi idi.

AzNews.az