Bakı- Quba yolunda avtoqəza: ölən var

13 Avqust 2013 07:07 (UTC+04:00)
Bakı-Quba yolunun 32-ci km-də "VAZ-21099" və "Mersedes-Benz" markalı iki minik avtomobili toqquşub. AzNews.az-ın FHN-ə istinadən xəbər verir ki, qəza nəticəsində antomobillərdən birinin sərnişini ölüb, hər iki maşın deformasiyaya uğrayıb. Hadisə yerinə dərhal xilasedicilər cəlb olunub.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsi ilə deformasiyaya uğrayan "Mersedes-Benz" markalı avtomobildə sıxılan vəziyyətdə qalmış yaralı sürücünü və "VAZ-21099" markalı avtomobildə sıxılan vəziyyətdə qalmış 1981-ci il təvəllüdlü Sərdar Məmmədovun cəsədini çıxarıb aidiyyəti üzrə təhvil veriblər.

AzNews.az