Rusiya qitələrarası ballistik raketin sınaq buraxılışını həyata keçirib

12 Aprel 2024 23:17 (UTC+04:00)

Rusiyanın Kapustin Yar poliqonundan qitələrarası ballistik raketin sınaq buraxılışı həyata keçirilib.

Aznews.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Həştərxan vilayətindəki 4-cü poliqondan qitələrarası ballistik raket uğurla buraxılıb.

"Əldə edilən nəticələr Rusiya Federasiyasının strateji təhlükəsizliyinin təmin edilməsində Rusiya raketlərinin yüksək etibarlılığını təsdiqləyir. Raket buraxılışının tapşırıqları tam şəkildə yerinə yetirilib", - məlumatda deyilir.