Gəncədə iki mərtəbəli evdə yanğın olub, ölən var

13 Aprel 2024 11:50 (UTC+04:00)

Gəncə şəhərində yanğın hadisəsi olub, 1 nəfər ölüb.

Aznews.az xəbər verir ki, hadisə şəhərin Bursa küçəsində qeydə alınıb.

Ümumi sahəsi 190 kvadratmetr olan 2 mərtəbəli evdə baş vermiş yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub, yanğın söndürülüb.

Evə baxış zamanı 1966-cı il təvəllüdlü Kamil Quliyevin meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.