ETSN dumanlı hava şəraiti ilə bağlı xəbərdarlıq edib

14 Aprel 2024 13:37 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti dumanlı hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Xidmətdən bildirilib ki, aprelin 15-də əsasən gecə və səhər saatlarında bəzi yerlərdə yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var.