Sabah təmas xəttində monitorinq keçiriləcək

13 Avqust 2013 07:50 (UTC+04:00)
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq avqustun 14-də Azərbaycan Respublikasının Tovuz rayonunun Əlibəyli kəndinin qərbindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

AzNews.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və şəxsi köməkçi Uilyam Prayor keçirəcək.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Yevgeniy Şarov keçirəcəklər.

AzNews.az