Aİ-dən 6,3 milyard avro dəyərində ən böyük ödənişi Polşa alıb

15 Aprel 2024 16:42 (UTC+04:00)

Polşa Avropa İttifaqından üzvlük zamanı ən böyük ödənişi Varşava üçün əvvəllər dondurulmuş birləşmə fondlarından 6,3 milyard avro məbləğində alıb.

Bu barədə ölkənin maliyyə və regional siyasət naziri Katarjina Pelçinska-Naleç jurnalistlərə bildirib.

“Polşa Aİ-dən avrodan Polşa zlotisinə çevrilmiş 26 milyard 964 milyon zloti məbləğində tranş alıb. Bu, 20 il ərzində Aİ-nin Polşaya köçürdüyü ən böyük birdəfəlik tranşdır”, - Katarjina Pelçinska-Naleç qeyd edib.

Nazirin sözlərinə görə, Polşa hakimiyyəti 2023-cü ilin dekabrında Brüsselə müvafiq sorğu göndəriləndən bəri bu mövzuda onunla danışıqlar aparır.