FTB Baltimor körpüsünün uçması ilə bağlı cinayət işi açıb

15 Aprel 2024 17:14 (UTC+04:00)

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Baltimorda körpünün uçması ilə bağlı cinayət işi açıb .

Bu barədə "Washington Post" (WP) məlumat yayıb.

İstintaq Merilend ştatının prokurorluğu tərəfindən idarə olunur.

Qəzet qeyd edib ki, FTB büro əməkdaşlarının gəminin göyərtəsində “məhkəmə tərəfindən icazə verilən hüquq-mühafizə fəaliyyəti” həyata keçirdiklərini təsdiqləyib.

Onlar əlavə şərh verməkdən imtina ediblər.

Mövsüm

Aznews.az