İtaliyanın Tehrandakı konsulluğu müvəqqəti bağlanıb

15 Aprel 2024 21:02 (UTC+04:00)

İtaliyanın Tehran Konsulluğu aprelin 14-dən növbəti xəbərdarlığa qədər bağlı olacaq.

Aznews.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin "X" səhifəsində bildirilib.

Bildirlib ki, o vaxta qədər elektron poçt və təcili telefon nömrəsi ilə əlaqə saxlamaq mümkün olacaq.

İtaliya Xarici İşlər Nazirliyi konsulluğun bağlanmasının səbəblərini hələlik açıqlamayıb.