Kopenhagendə tarixi birja binası yanıb

16 Aprel 2024 14:39 (UTC+04:00)

Kopenhagendə Danimarkanın ən qədim binalarından biri olan tarixi birja binası yanıb.

Yanğın nəticəsində binanın qülləsi uçub.

Bu barədə "Daily Mail" məlumat yayıb.

Nəşr bildirib ki, mübadilə binası 17-ci əsrin birinci yarısında tikilib və spiral qülləsi ilə tanınır.

Hadisə şahidlərinin sözlərinə görə, insanlar qiymətli artefaktları, o cümlədən rəsmləri yanğından xilas etməyə çalışırlar.

Mövsüm

Aznews.az