Zelenski Ukraynada səfərbərliyi gücləndirən qanun imzalayıb

16 Aprel 2024 16:59 (UTC+04:00)

Ukrayna prezidenti Volodimir Zelenski ölkədə səfərbərlik prosedurunu sərtləşdirən qanunu imzalayıb.

Bu barədə "Strana.ua" Ali Radanın saytındakı qanun layihəsinə istinadən məlumat yayıb.

Ukrayna Ali Radası aprelin 11-də yekun oxunuşda səfərbərliyi sərtləşdirən qanunu qəbul edib. Yenilik səfərbərlik tədbirlərinin həyata keçirilməsi prosedurunu, o cümlədən yayınmalara görə cəzaları sərtləşdirir, səfərbərliyə məruz qalan şəxslərin kateqoriyalarını dəqiqləşdirir. Qanun tərxis olunma müddəalarını nəzərdə tutmur.

Mövsüm

Aznews.az