Rusiya sülhməramlıları Xudavəng monastırının ərazisini tərk edib

16 Aprel 2024 22:52 (UTC+04:00)

Azərbaycanda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinə məxsus heyət və hərbi texnika Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxıb.

Aznews.az xəbər verir ki, sülhməramlı kontingent monastr ərazisini bir neçə gün əvvəl tamamilə tərk edib.