Uelsdəki BAE Systems silah fabrikində partlayış baş verib

17 Aprel 2024 20:14 (UTC+04:00)

Böyük Britaniyanın müdafiə şirkəti "BAE Systems" -in Uelsdəki silah zavodunda partlayış baş verib.

Bu barədə “Teleqraf” qəzeti şirkət nümayəndəsinə və əməliyyat xidmətlərinə istinadən məlumat yayıb.

“Uelsin cənubunda silah-sursat fabrikində partlayış baş verib. Təcili yardım xidmətlərinə saat 10:49-da Monmutşirdəki Qlaskoddakı "BAE Systems" fabrikinə zəng daxil olub”, - materialda deyilir.

İlkin məlumatlara görə, partlayış zavodun ərazisindəki binada baş verib, xəsarət alan olmayıb. Şirkət hadisə ilə bağlı araşdırmalara başlayıb.

Mövsüm

Aznews.az