Orban Ukraynanı Qərbin protektoratı adlandırıb

17 Aprel 2024 20:21 (UTC+04:00)

Ukrayna Qərbin protektoratıdır, suveren dövlət deyil.

Bu fikri Macarıstanın baş naziri Viktor Orban Brüsseldə "YouTube" -da yayımlanan Milli Mühafizəkarlığın Konfransında çıxışı zamanı deyib.

Siyasətçi qeyd edib ki, "Biz Ukraynanın suverenliyinə və beynəlxalq hüquqlara hörmət edirik. Eyni zamanda, bu gün o, sadəcə olaraq Qərbin protektoratıdır".

Onun fikrincə, Rusiya indiki formada Ukraynanın NATO-ya üzv olmasına imkan verməyəcək və münaqişə döyüş meydanında həll edilməməlidir.

Mövsüm

Aznews.az