Bakıda iməcilik və ağacəkmə aksiyası keçiriləcək

18 Aprel 2024 10:28 (UTC+04:00)

Yaz mövsümü ilə əlaqədar aprelin 20-də paytaxtda ümumşəhər iməciliyi və ağacəkmə aksiyası keçiriləcək.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən məlumat verilib.

BŞİH paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkar və özəl sektorda çalışanları bu iməcilikdə fəal iştirak etməyə çağırıb.