Yaşlı kişi spirtli içkinin qurbanı oldu

13 Avqust 2013 08:55 (UTC+04:00)
Bakının Nəsimi rayonunda kirayənişin spirtli içkinin güdazına gedib.

Rayon Polis İdarəsindən milli.az-a verilən məlumata görə, dünən gecə saatlarında Cavadxan küçəsi, ev 19, mənzil 40-da kirayədə yaşayan 62 yaşlı Cabbar Cabbarov ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Alkoqol zəhərlənməsi diaqnozu ilə toksikologiya şöbəsinə yerləşdirilən C.Cabbarov orada ölüb.

AzNews.az