Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb

19 Aprel 2024 10:15 (UTC+04:00)

Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri Alptekin Cihangir İşbilir Bakıya gəlib.

Türkiyəli diplomat ölkənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşüb və artıq vəzifəsinin icrasına başlayıb.

Xatırladaq ki, bundan öncə həmin vəzifəni Hüseyn Altınalan tuturdu.