Hakan Fidan Mark Rutte ilə görüşüb

19 Aprel 2024 16:09 (UTC+04:00)

Türkiyə Xarici işlər naziri Hakan Fidan Niderlandın Haaqa şəhərində Niderlandın Baş naziri Mark Rutte ilə görüşüb.

Nazirliyin sosial media hesabında yer alan yazıya görə, Türkiyə ilə Niderland arasında 2008-ci ildən bəri təşkil edilən "10-cu Wittenburq" Konfransı çərçivəsində Niderlanda səfər edən Fidan Haaqada baş nazir Rutte ilə görüşüb.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Fidan və Rutte Türkiyə-Niderland münasibətlərini, Qəzzada son vəziyyət, Ukraynadakı hadisələr və terrorla mübarizəni müzakirə ediblər.

Mövsüm

Aznews.az