Parisdə İran konsulluğunu bombalamaqla hədələyən şəxs həbs edilib

19 Aprel 2024 17:14 (UTC+04:00)

İranın Parisdəki konsulluğunu bombalamaqla hədələyən şəxs həbs edilib.

Bu barədə "BFM TV" məlumat yayıb.

Qeyd olunur ki, hücum edən şəxs saat 14:45 radələrində həbs edilib, lakin heç bir partlayıcı qurğu tapılmayıb.

ABŞ səfirliyi həmvətənlərə hadisə yerindən mümkün qədər uzaq durmağı tövsiyə edib.

Mövsüm

Aznews.az