Narkotik daşıyıcısı azadlıqdan məhrum edildi

13 Avqust 2013 09:22 (UTC+04:00)
Lənkəran Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana narkotik vasitə gətirməkdə ittiham olunan Ramin Süleymanovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Trend-in məlumatına görə, hakim Rəşid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ramin Süleymanov Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə ittiham edilib.

AzNews.az