Malayziyada iki helikopterin toqquşması nəticəsində 10 nəfər ölüb

23 Aprel 2024 09:58 (UTC+04:00)

Malayziyanın Lumut şəhərində iki hərbi helikopterin toqquşması nəticəsində 10 ekipaj üzvü həlak olub.

Bu barədə "Free Malaysia Today" nəşrində məlumat verilib.

Təyyarə qəzası təxminən saat 9:00-da Malayziya Kral Donanmasının bazasında Donanma Günü üçün məşq zamanı baş verib.

"Səhiyyə Nazirliyinin tibb işçiləri 10 qurbanın hamısının öldüyünü təsdiqləyib", - məlumatda deyilir.

Qeyd olunur ki, ölənlərdən üçü m502-6 (FENNEC) helikopterində, daha yeddi nəfər isə M503-3 (HOM) helikopterinin göyərtəsində olub.

Mövsüm

Aznews.az