Fransa Senatının qrup rəhbəri Ermənistanda müdafiə məsələlərini müzakirə edib

23 Aprel 2024 13:01 (UTC+04:00)

Ermənistanla Fransa arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Müdafiə naziri Suren Papikyan və Fransa Senatının Ermənistanla dostluq qrupunun rəhbəri Jilber-Lyuk Devinazla görüşüb.

Ermənistan KİV-nin məlumatına görə, görüşdə Fransanın Ermənistandakı səfiri Olivye Dekotini də iştirak edib.

Qeyd edilib ki, bunlarla yanaşı, regional təhlükəsizlik məsələləri və Ermənistan silahlı qüvvələrində aparılan genişmiqyaslı islahatlar müzakirə olunub.