Avropa Parlamenti Aİ-nin yeni maliyyə qaydalarını təsdiqləyib

23 Aprel 2024 23:11 (UTC+04:00)

Avropa Parlamenti (AP) Avropa İttifaqı (Aİ) ölkələrinin dövlət xərclərinin və büdcə kəsirlərinin azaldılmasına yönəlmiş yeni maliyyə qaydalarını təsdiqləyib.

AP Baş Assambleyasının Strasburqda keçirilən sessiyasında Aİ-nin yeni maliyyə qaydaları səs çoxluğu ilə qəbul edilib.

Müvafiq olaraq, üzv ölkələrin dövlət borcları və büdcə kəsirləri mərhələli, davamlı və böyüməyə uyğun şəkildə azalacaq.

Rəqəmsal və yaşıl transformasiya, sosial və müdafiə xərcləri də daxil olmaqla müəyyən strateji sahələrə investisiyalar qorunacaq.

Komissiya dövlət borcunun ÜDM-in 60 faizindən çox olduğu və ya dövlət kəsirinin ÜDM-in 3 faizindən çox olduğu üzv ölkələrə istinad trayektoriyaları təqdim edəcək.

İstinad trayektoriyası üzv ölkənin dövlət borcunun 4 illik fiskal uyğunlaşma dövrünün sonunda ağlabatan azalma tendensiyası göstərməsini və ya orta müddətli perspektivdə ehtiyatlı səviyyədə qalmasını təmin etməyə yönəldiləcək.

Bu istinad trayektoriyası borc səviyyələrini azaltmaq, borcun davamlılığını qorumaq və büdcə kəsirini 3 faizdən aşağı saxlamaq məqsədi daşıyacaq.

Mövsüm

Aznews.az