Gəncə filialına məxsus saxta diplom aşkarlandı

13 Avqust 2013 10:43 (UTC+04:00)
Azərbaycanda vətəndaşa saxta diplom verilməsi faktı aşkarlanıb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Kəlbəcər rayon sakini, 48 yaşlı Rasim Abbasov ali təhsil haqqında diplom alacağına kömək edəcəyi adı ilə Nərimanov rayon Keşlə qəsəbəsində yaşayan Yevlax rayon sakini İlqar Süleymanovdan 1600 manat alıb, onun qızı Gülnarın adına Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialına məxsus saxta diplom verib.

Faktla əlaqədar cinayət işi başlanılıb.

AzNews.az