Şimali Koreyanın iqtisadi heyəti İranda səfərdədir

24 Aprel 2024 13:04 (UTC+04:00)

KXDR-in xarici iqtisadi işlər naziri Yun Conq Honun rəhbərlik etdiyi nümayəndə heyəti İranda səfərdədir.

Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi ( KCNA ) məlumat yayıb.

“KXDR Xarici İqtisadiyyat Nazirliyinin nümayəndə heyəti Yun Conq Honun başçılıq etdiyi nümayəndə heyəti aprelin 23-də Pxenyandan İrana uçub”, - məlumatda deyilir.

Səfərin proqramı və məqsədləri barədə ətraflı məlumat verilmir.

"Yonhap" Xəbər Agentliyi qeyd edib ki, səfər tərəflərin hərbi sahədə əlaqələri gücləndirmək niyyəti ilə bağlı ola bilər. Qeyd olunur ki, KXDR hakimiyyətinin nümayəndələri sonuncu dəfə 2019-cu ildə İrana səfər ediblər.

Mövsüm

Aznews.az