Erməni əsirinə həbs olunmayacağı vəd edildi
13 Avqust 2013 10:50 (UTC+04:00)
Bir neçə gün əvvəl qoşunların təmas xəttində Azərbaycan Ordusunun nəzarətində olan əraziyə keçərkən əsir götürülən erməni hərbçi Akop İnciqulyan öz ölkəsində hüquqi məsuliyyətə cəlb edilməyəcək. Bu barədə erməni mətbuatına açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan bildirib. Ovannisyan qeyd edib ki, erməni tərəfi əsirin geri qaytarılmasına çalışır.
Elnarə
AzNews.az