Türkiyədə sərhədi qanunsuz keçməyə cəhd edən 7 terrorçu saxlanılıb

24 Aprel 2024 17:32 (UTC+04:00)

Türkiyə sərhədçiləri qeyri-qanuni yollarla Yunanıstan və İrana keçmək istəyən 9 nəfəri, Suriyadan Türkiyəyə qanunsuz keçməyə cəhd edən 3 nəfəri saxlayıb. Araşdırmalar nəticəsində ələ keçirilən şəxslərdən 4-nün PKK, 2-nin FETÖ, 1-nin isə İŞİD terror təşkilatı üzvü olduğu müəyyən edilib.

Mövsüm

Aznews.az