Sabaha olan hava proqnozu

13 Avqust 2013 11:15 (UTC+04:00)
Bakı və Abşeron yarımadasında avqustun 14-də hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda günün birinci yarısında hava qısa müddətə tutulacaq. Mülayim şimal küləyi əsəcək. Temperatur gecə 20-24, gündüz 30-35 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 14-də gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Lakin gün ərzində əsasən yağmursuz keçəcək.

Temperatur aran rayonlarında gecə 19-24, gündüz 31-36 dərəcə olacaq. Dağlarda isə gecə 10-15, gündüz 22-27 dərəcə isti gözlənilir.

AzNews.az