Sabir Rüstəmxanlı VHP-də Mərkəzi İcra Aparatı yaratdı

13 Avqust 2013 11:04 (UTC+04:00)
Bu gün Vətəndaş Həmrəyliyi Partiyasında (VHP) yeni təyinatlar olub.

Partiyadan AzNews.az-a daxil olan məlumata görə, VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı partiya Nizamnaməsinə uyğun olaraq partiyada Mərkəzi İcra Aparatı təşkil edib.

Partiya sədrinin sərəncamı ilə Samir Əsədli Mərkəzi İcra Aparatının rəhbəri, Arif İsmayılbəyli sədrin ictimai-siyasi məsələlər üzrə müavini, Talıb Əhədli sədrin bələdiyyələrlə iş üzrə müşaviri, Telman Sadıqlı sədrin iqtisadi məsələlər üzrə müşaviri, Real Cəfərli isə Diasporla İş Şöbəsinin müdiri təyin olunublar. Qeyd edək ki, bundan əvvəl Samir Əsədli Təşkilat Şöbəsinin müdiri, Arif İsmayılbəyli beynəlxalq əlaqlər şöbəsinin müdiri vəzifələrində çalışıblar, Real Cəfərli Təşkilat Şöbəsinin əməkdaşı olub, Talıb Əhədli və Telman Sadıqlı isə Ali Məclisinin üzvləridirlər.

Anar
AzNews.az