Makron: Avropa ABŞ-nin vassalı olmadığını göstərməyi bacarmalıdır

25 Aprel 2024 18:14 (UTC+04:00)

Gələcəkdə Avropa ABŞ-nin vassalı olmadığını göstərə bilməlidir .

Bu barədə Fransa prezidenti Emmanuel Makron qeyd edib.

Fransanın rəsmi hesabında yayımlanan Sorbonnada çıxışı zamanı o, "Biz ABŞ-nin vassalı olmadığını göstərə bilən və hamı ilə danışa bilən Avropa qurmalıyıq",-deyə qeyd edilib.

Makronun sözlərinə görə, Avropa dünyanın bütün regionları ilə “təkcə ticarət razılaşmaları vasitəsilə deyil, balanslaşdırılmış tərəfdaşlıq üçün real strategiyalar vasitəsilə” dialoq aparmalıdır.

Mövsüm

Aznews.az