“Sərdar Cəlaloğlunun qeybət məharətinə heyranam”

13 Avqust 2013 11:20 (UTC+04:00)

"Sərdar Cəlaloğlu sifarişlə işləyən siyasətçilərdəndir. Bu gün onun adı Azərbaycan siyasətində qeybətdə hallanır. Qeybətlə siyasətdə qalmaq bir o qədər də asan məsələ deyil. Onun qeybət məharətinə heyran qalmışam. ADP sədrini qeybət üzrə mütəxəssis hesab etmək olar".

Bu sözləri AzNews.az-a açıqlamasında "El" hərəkatının Ali Məclis sədri və Milli Şuranın üzvü Eldəniz Quliyev bildirib. E.Quliyevin sözlərinə görə, Milli Şurada təmsil olunan bütün qüvvələr Sərdar Cəlaloğlundan fərqli olaraq, ilk növbədə Azərbaycanın milli mənafeyini əsas tuturlar: "Milli Şura milli maraqlara xidmət edir. Bu isə Sərdar kimi adamları narahat edir. Mənim dostum, qardaşım, sən narahat olma, xalq bu layihənin ətrafındadır".

Bahar Rüstəmli
AzNews.az