Azərbaycan Prezidenti Berlinə Füzuli Hava Limanından yola düşdü

25 Aprel 2024 20:03 (UTC+04:00)

Azərbaycan Prezidentinin təyyarəsi Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə uçuş həyata keçirir.

Aznews.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında paylaşım edib.

“Unudulmaz və tarixi uçuş: Füzulidən Berlinə! Möcüzələr inandığınız zaman baş verir!” - dövlət rəsmisi bildirib.